Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə taksilərdə siqaret çəkmək qadağan edildi

Bu ölkədə taksilərdə siqaret çəkmək qadağan edildi

Tarix: 30 Dekabr 2021 10:38

Gürcüstan parlamenti növbədənkənar iclasında birinci oxunuşda taksilərdə, su nəqliyyatında və şəxsi nəqliyyat vasitələrində yetkinlik yaşına çatmayanların yanında siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı qanunvericiliyə düzəlişlər paketini qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.

Taksi və su nəqliyyatında siqaret çəkmək 200 lari (64 dollardan çox), azyaşlıların yanında şəxsi avtomobildə yeni qaydalara etinasızlıq isə 50 lari (16 dollardan çox) cərimə ilə cəzalandırılacaq. İl ərzində təkrar pozuntu halında cərimələr ikiqat artacaq.

Qeyd edək ki, Gürcüstanda 2018-ci ildən siqaretə qarşı mübarizə gücləndirilib. Restoran, bar və kafelərdə siqaret çəkməyi qadağan edən ilk siqaret əleyhinə qanun hələ o zaman qəbul edilib. Daha sonra respublika hökuməti tütün məmulatlarına aksiz vergisini artırib, həmçinin siqaret istehsalı ilə məşğul olan şirkətlərin bağlamaların üzərində siqaretin zərərini göstərən təsvirlər yerləşdirməsi öhdəliyini təsdiq edib.

Milli.Az


Etiketlər:  ölkədə taksilərdə siqaret çəkmək qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ