Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollivudun 10 ildir davam edən boşanma prosesi yekunlaşdı

Hollivudun 10 ildir davam edən boşanma prosesi yekunlaşdı

Tarix: 30 Dekabr 2021 20:40

Hollivudun ən uzun boşanma proseslərindən biri kimi qeydə alınan Arnold Şvartsenegger və Mariya Şrayver cütlüyünün məhkəməsi yekunlaşıb.

Milli.Az Publika.az-a istinadla xəbər verir ki, 1986-cı ildən evli olan cütlüyün boşanma prosesi 2011-ci ildə Şrayverin məhkəməyə verdiyi ərizə ilə başlayıb.

Şrayver ərizəsində iddia edirdi ki, Şvartsenegger evlərində işləyən qulluqçu ilə ona xəyanət edib.

Los-Anceles məhkəməsinin hakimi 10 ildir davam edən davada cütlüyün boşanmasına qərar verib. Prosesin niyə bu qədər uzandığı isə bəlli deyil.

Milli.Az


Etiketlər:  Hollivudun 10 ildir davam edən boşanma prosesi yekunlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ