Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei yeni qatlana bilən smartfonunun təqdimatını elan edib

Huawei yeni qatlana bilən smartfonunun təqdimatını elan edib

Tarix: 30 Dekabr 2021 23:40

Bir neçə ay ərzində olmuş məlumat sızıntılarından sonra Huawei şirkəti yeni qatlana bilən smartfonunun təqdimat tarixini elan edib. Beləliklə şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən yeni qatlana bilən smartfon bazara Huawei P50 Pocket adı ilə satışa çıxacaq. Əvvəlki məlumat sızıntılarında isə qeyd olunurdu ki, smartfon ya Mate V ya da Mate Flip adını əldə edəcək. Qeyd etmək lazımdır ki, şirkətin yeni qatlana bilən smartfon modeli Galaxy Z Flip 3 ilə rəqabət aparacaq və məhz onun dizaynında reallaşdırılacaq.

Təqdimat tarixinə gəldikdə isə smartfon 23 dekabr-da təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən P50 Pocket smartfonu 2 ədəd ekran ilə təchiz olunacaq. Onlardan birincisi əsas ekran rolunu oynayacaq və o, 6.7 düym ölçüsündə olacaq. İkinci ekran isə dairəvi formada olacaq və smartfonun xarici tərəfində yerləşəcək. Həmin ekranın köməkçi ekran rolunda çıxış edəcəyi gözlənilir. Belə ki, onda bildirişlər və s. məlumatlar əks olunmalıdır. Bununla yanaşı smartfon Kirin 9000 və Snapdragon 888 4G prosessoru ilə təchiz olunacaq. Məlumatlara əsasən P50 Pocket-in qiymət 2000$-dan aşağı olacaq.

Milli.Az


Etiketlər:  Huawei yeni qatlana bilən smartfonunun təqdimatını elan edib


RƏYLƏR