Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kralların ədviyyatının ağlagəlməz faydaları

Kralların ədviyyatının ağlagəlməz faydaları

Tarix: 31 Dekabr 2021 12:18

"Kralların ədviyyatı" adlandırılan hilin sağlamlığımıza saysız faydaları var. Orta əsrlərdə bu ədviyyat Avropada apteklərdə dərman kimi satılıb.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini, əvəzsiz yağlı turşularla zəngindirir.

Həzm prosesini yaxşılaşdırdığı üçün bəzi Şərq ölkələrində hilin toxumlarını yeməkdən sonra çeynəyirlər. Ağızdan gələn pis qoxunu yox etməklə yanaşı, ürəkbulanmanı da aradan götürür. Bu səbəbdən hamilə qadınlar üçün hildən istifadə etmək məsləhətdir.

İştahı artırır, mübadilə prosesini yaxşılaşdırır, köpü aradan götürür, artıq çəkidən azad edir.

Təbii antiseptikdir, orqanizmdəki ziyanlı mikroorqanizmləri məhv edir. Soyuqdəymə zamanı hili istənilən mayeyə əlavə edib xəstəyə verə bilərsiniz. Ağız boşluğundakı mikrobları da öldürür, diş ağrısını azaldır.

Angina, faringit zamanı hil dəmləmələri ilə qarqaralar çox yaxşı təsir edir.

Bu möcüzəvi ədviyyat sinir sistemini möhkəmləndirir, depressiya, stress və nevrozla mübarizə aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır.


Etiketlər:  Kralların ədviyyatının ağlagəlməz faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ