Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hadrutda müəmmalı tunel aşkarlandı

Hadrutda müəmmalı tunel aşkarlandı

Tarix: 1 Yanvar 2022 16:40

Viran edilmiş kənd və şəhərlərin, qəsəbələrin yenidən salınması yolla başlayır.

Hadrut qəsəbəsinə 39,7 km uzunluğunda və 1-ci texniki dərəcəyə uyğun Şükürbəyli-Cəbrayıl-Hadrut yolu çəkilir. Hazırda yolda qazma və torpaqlama işləri aparılır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qəsəbədə yerləşən və istismar müddətini demək olar ki, başa vuran elektrik yarımstansiyası müharibədən sonra yeniləndi. Buraya Cəbrayıldan elektrik xətləri çəkildi və qəsəbənin əsas obyektləri elektrik enerjisi ilə təmin olundu. Daha sonra Prezident İlham Əliyev tərəfindən qəsəbədə tam müasir tipli yeni qovşaq yarımstansiyasının təməli qoyuldu.

Hadrutdakı evləri müşahidə edilərkən maraqlı mənzərə ilə qarşılanıb. Qəsəbədəki evlərdən birində tunel olduğu məlum olub. İlkin ehtimala görə, ermənilər bu tunellərdən qaçmaq və gizlənmək üçün istifadə edib.

Milli.Az


Etiketlər:  Hadrutda müəmmalı tunel aşkarlandı


RƏYLƏR