Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 09:48
Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin istehsalı və ixracına görə dünya ölkələrinin ilk onluğu məlum olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, siyahıya Çin liderlik edir. Belə ki, bu ölkə 4,5 mlrd. doza vaksin istehsal edib. Bu, dünya istehsalının 45%-ni təşkil edir. İkinci yerdə 2,25 mlrd. doza ilə Avropa İttifaqı (Aİ) qərarlaşıb. Aİ-də istehsal edilən vaksinlərin ümumi istehsalatda payı 22,4% təşkil edib. Hindistan 1,6 mlrd. doza ilə üçüncü (15,6%), ABŞ 847,5 mln. doza ilə dördüncü (8,4%), Rusiya isə 232,9 mln. doza ilə (2,3%) beşinci olub.
İlk onluqda həmçinin, Cənubi Koreya (1,6%), Braziliya (1,2%), Meksika (1%), Tailand (0,7%) və CAR (0,6%) yer alıb. Digər ölkələrin payına ümumi vaksin istehsalının 1,3%-i düşüb (126. mln. doza).
COVID-19 əleyhinə vaksinlərin ixracı üzrə ilk beşliyə Çin (1,5 mlrd. doza - 40,6%), Aİ (1,4 mlrd. - 37,3%), ABŞ (348 mln. - 9,5%), Cənubi Koreya (133,6 mln. - 3,6%) və Rusiya (93,4 mln. - 2,6%) daxil olub.
Liderlər sırasında həmçinin, Hindistan (2%), CAR (1,3%) və Yaponiya (0,9%) yer alıb. Digər ölkələrin payına ümumi ixracın 2,1%-i düşüb (77,5 mln. doza).