Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 15:38
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Arsenal" üzərində qələbədən (2:1) sonra Premyer Liqada titul uğrunda mübarizənin bitməsi ilə bağlı sualı istehza ilə cavablandırıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o deyib: "Bizə kuboku verin və biz Maldiv adalarına tətilə gedək. Amma məncə, bu, baş verməyəcək. Daha 48 və ya 51 xal toplamalıyıq, dəqiq xatırlamıram.
İndi İngiltərə kubokuna hazırlaşmaq üçün 5-6 günümüz var. Koronavirus və zədə problemlərini nəzərə alaraq, "Çelsi" ilə oyun üçün 5 və 6 günlük hazırlıq lazımdır".
"Mançester Siti " Premyer Liqa cədvəlinə liderlik edir və ən yaxın izləyicisi "Çelsi"ni 11 xal qabaqlayır.