Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmam Muhamməd Baqir və əbu Hənifə

İmam Muhamməd Baqir və əbu Hənifə

Tarix: 2 Yanvar 2022 20:22

Əbu Hənifə Muhamməd Baqirlə Mədinədə ilk dəfə qarşılaşdığı zaman aralarında belə bir dialoq keçmişdir.

Muhamməd Baqir:

- Babamın yolunu və hədislərini qiyasla dəyişdirən sənsən mi?

Əbu Hənifə:

- "Sənə layiq olan şəkildə otur. Ta ki mən də, mənə layiq olan şəkildə yerimə oturum. Babanız Muhammədə (s.a.s) həyatında səhabələri necə ehtiram göstərirdilərsə, eyni şəkildə mən də sizə ehtiram bəsləyirəm." dedi.

Bundan sonra hər ikisi oturdu və Əbu Hənifə sözə belə başladı. Sizə üç sualım var, xahiş edirəm sualıma cavab verin:

1) - Qadın mı, yoxsa kişi mi daha zəifdir?

İmam Muhamməd Baqir:

- Qadındır, dedi.

Əbu Hənifə:
- Qadının mirasda hissəsi kişiyə nisbətlə neçədir? deyə soruşdu.

O: - Kişinin hissəsi iki, qadının hissəsi birdir, dedi.

Əbu Hənifə:

-  Babanızın sözü bax budur. Əgər mən mən onu dəyişdirmiş olsaydım, qiyasa dayanaraq, kişiyə bir, qadına iki hissə verilməsini deyərdim. Çünki, qadın kişiyə nisbatlə daha zəifdir, dedi.

2) - Namaz mı, yoxsa oruc mu fəzilətlidir?

İmam Muhamməd Baqir:

- Namaz daha əfdaldır.

Əbu Hənifə:
- Bu da babanızın sözüdür. Əgər mən onu dəyişdirsəydim, qiyas edərək heyz halından təmizləndikdən sonra, qadının namazı qəza etməsini, orucu isə, qəza etməməsini deyərdim, dedi.

3) - İdrar mı, yoxsa mə'ni mi daha pisdir?

İmam Muhamməd Baqir:

- İdrar daha pisdir.

Əbu Hənifə:

- Babanızın dinini qiyasla dəyişdirsəydim, idrar etdikdən sonra qüsl edilməsini, mə'ni ifraz olduqdan sonra da dəstnamaz almasını deyərdim. Lakin, qiyasla babanızın dinini dəyişdirməkdən Allaha sığınıram, dedi.

Bundan sonra Muhamməd Baqir qalxıb Əbu Hənifəni qucaqladı, üzündən öpdü və ona ikram etdi.

Milli.Az


Etiketlər:  İmam Muhamməd Baqir əbu Hənifə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ