Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş ağrılarını və öskürəyi sağaldan, infarkt və insultun qarşısını alan, cinsi meyli artıran MÖCÜZƏVİ ƏDVİYYAT

Baş ağrılarını və öskürəyi sağaldan, infarkt və insultun qarşısını alan, cinsi meyli artıran MÖCÜZƏVİ ƏDVİYYAT

Tarix: 4 Yanvar 2022 02:03

Zirə qədim zamanlardan həm mətbəxdə, həm də təbabətdə geniş istifadə olunur. Zirə çili sousunun, karrinin tərkibinə daxildir.

Bu ədviyyata dünyaca məşhur Hindistan təbabəti Ayurvedada böyük önəm verilir.

Zirə əfir yağları və kitrə ilə zəngindir. Bu 2 maddə ona güclü müalicəvi xüsusiyyətlər bəxş edir.

Saglamolun.az sizə zirənin faydalarını və müalicəvi xüsusiyyətlərini təqdim edir.

Zirə ürək-damar sisteminə müsbət təsir edir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır,  infarkt və insultun rikini azaldır.

Zirə beyinin fəaliyyətini yaxşılaşdırır, miqren və baş ağrılarını azaldır, sakitləşdirir, yuxunu tənzimləyir, sinir tükənməsi zamanı kömək edir. Yaddaşın yaxşılaşdırılması üçün qədim resept: 1 ç.q. zirəni 1 x.q. balla qarışdırın və yeyin.  

Zirə qədimdən mədə və bağırsaq problemləri (köp, spazmlar, ağrılar) zamanı istifadə olunur. Körpə uşaqlarda köp zamanı zirə dəmləməsinin istifadəsi çox yaxşı kömək edir. Zirə ağır yeməklərin mənimsənilməsini asanlaşdırır.

Zirə dəmləməsi qadınlarda menstruasiya ağrılarını azaldır, əmizdirən analarda südün ifrazını artırır, hamilə qadınlarda ürəkbulanmasını azaldır. Dəmləməni hazırlamaq üçün 1 ç.q. zirə üyüdülür, 1 stəkan isti suda (qaynar yox!) 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində 2 dəfə yarım stəkan olmaqla içilir.  

Zirə dəmləməsi nəfəs yollarını yaxşı təmizləyir. Bu səbəbdən zirə dəmləməsi (1 ç.q. zirə + 1 stəkan isti su) öskürək və bronxit zamanı istifadə olunur.

Zirə təbii afrodiziakdır (cinsi meyli artıran vasitə). Qədimdə qadınlar zirəni bu məqsədlərlə yeməklərə bol-bol əlavə edirdilər.

Qədim təbabətdə zirə iltihabəleyhinə və yarasağaldan vasitə kimi də çox geniş istifadə olunurdu. Təbiblər zirənin zeytun yağı ilə qarışığını kiçik şişlərin sovrulması üçün istifadə edirdi.

Zirəni ət xörəklərinə, plova əlavə etmək yaxşıdır.


Etiketlər:  Baş ağrılarını öskürəyi sağaldan infarkt insultun qarşısını alan cinsi meyli artıran MÖCÜZƏVİ ƏDVİYYAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ