Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brilliant Dadaşovanın 2022-ci il arzusu

Brilliant Dadaşovanın 2022-ci il arzusu

Tarix: 4 Yanvar 2022 11:10

Xalq artisti Brilliant Dadaşova 2022-ci ildə gerçəkləşdirmək istədiyi arzusunu bölüşüb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu il "Səs Azərbaycan" yarışmasındakı tələbələri ilə bağlı plan qurduğunu bildirib. O qeyd edib ki, il ərzində orada tələbəsi olan ifaçıları tanıtmağa çalışacaq:

"2022-ci ili "Səs Azərbaycan"dakı komandama həsr edəcəyəm. Bizim klassik estrada musiqimiz belə gözəl canlı ifa edə bilən istedadlı insanları tanıdığım üçün İctimai TV-yə təşəkkür edirəm. Yarışmaçılarımla televiziya proqramlarına qatılıb, onlara dəstək olmağıma izn verən Balaş Qaşımova təşəkkürümü bildirirəm".

Milli.Az


Etiketlər:  Brilliant Dadaşovanın 2022 arzusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ