Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 17:08
"Yuventus" "Barselona"nın hücumçu Alvaro Morata ilə danışıq aparmasından narazıdır.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi bununla bağlı lazımi orqanlara şikayət etməyə hazırlaşır.
Çünki A seriyası təmsilçisi icarə əsasında bu komandada çıxış edən Morata ilə ispanların icazəsiz danışıq apardığını düşünür. Buna baxmayaraq, "qoca sinyora" ulduz futbolçuya əvəzləyici axtarışına da başlayıb.
La Liqa təmsilçisi Moratanın keçidi məsələsində onun müqavilə ilə məxsus olduğu "Atletiko" rəhbərliyi ilə 95 faiz anlaşma əldə edib. İndi qalır "Yuventus"u mövsümün sonuna qədər olan icarə müqaviləsinə xitam verməyə razı salmaq.
30 yaşlı oyunçunun "Barselona" ilə tezliklə ən azı 1,5 illik müqavilə imzalaması gözlənilir.