Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə bir xiyar turşusu yesəniz...

Gündə bir xiyar turşusu yesəniz...

Tarix: 4 Yanvar 2022 23:03

Turşu xiyar qışda xörəkləri dada gətirən, həm də salatlara əlavə edilən gözəl inqrediyentdir.

Müəyyən miqdarda turşu xiyar təkcə orqanizm üçün deyil, həm də beyin üçün faydalıdır.

Publika.az xəbər verir ki, "Smithsonian" elmi jurnalında turşunun nevroz və stressə təsir etdiyinə dair məqalə yayımlanıb. Alim Metyu Hilimeyrin apardığı tədqiqat nəticəsində məlum olub ki, xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir.

Turşu məhsulları probiotiklə zəngindir. Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır. Odur ki, özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır.

Başqa bir araşdırmaçı Rebekka Rapp isə "National Geographic" jurnalında turşunun faydaları haqqında bunları yazıb: "Əgər siz stress vəziyyətinə düşmüsünüzsə, bir boşqab kələm turşusu yeyin. Çünki o, Valiuma həbini əvəz edə bilər".

Təkcə turşuya qoyulmuş tərəvəzlər deyil, fermentləşdirilmiş oxşar məhsullar da ruhi vəziyyətə müsbət effekt göstərir. Məsələn, "Washington Post"un xəbərinə görə, probiotik immun sistemini möhkəmləndirir və orqanizmə bir çox xəstəliklərlə mübarizə aparmağa kömək edir.


Etiketlər:  Gündə xiyar turşusu yesəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ