Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 12:32
Türkiyənin Marmaris bələdiyyəsi tərəfindən təşkil edilən tədbirdə özünü 2021-ci ilin iyulunda bu ölkədə baş verən yanğınların söndürülməsində aktiv iştirak edən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin komandiri kimi təqdim edən Rasim Əhmədə fəxri fərman verilib.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, tədbirdən dərhal sonra həmin şəxsin FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmadığı üzə çıxıb.
Türkiyənin media qurumları bu məsələni dəqiqləşdirmək üçün Modern.az-a müraciət edib. Onlar qeyd ediblər ki, özünü yanğınsöndürən kimi təqdim edən bu şəxsin hərəkətlərində şübhələr yaranıb.
Məsələ ilə bağlı FHN-in Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva Modern.az-ın sorğusuna cavab olaraq, bu şəxsin nazirliyin əməkdaşı olmadığını bildirib.