Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kəndin iki məhəlləsi 15 ildir ki, qazsızdır - VİDEO

Bu kəndin iki məhəlləsi 15 ildir ki, qazsızdır - VİDEO

Tarix: 5 Yanvar 2022 20:18

Astara rayonunun Səncərədi kəndinin 2 məhəlləsi mavi yanacaq üzünə həsrətdir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 15 ilə yaxındır ki, 20-yə yaxın evdə bu vəziyyət yaşanır.

Sakinlər deyirlər ki, aidiyyəti qurumlara müraciət ediblər, ancaq onlara qaz çəkiləcəyi ilə bağlı ya vədlər verilib, ya da öz vəsaitləri hesabına qaz çəkmələri tövsiyə olunub.

Kənd sakinləri təsərrüfatlarındakı meyvə ağaclarını kəsərək qışa odun tədarükü gördüklərini deyirlər.

Sakinlərdən kimisi həyətində olan sitrus ağaclarını kəsib yandırır, kimisi də istifadəyə yararsız məişət əşyalarından odun kimi istifadə edir.

Məsələ ilə bağlı "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, regionlarda qazlaşma prosesi davamlı şəkildə həyata keçirilir. Sözügedən ərazi də hazırda qurumun gündəmindədir. Proses növbəli şəkildə həyata keçirildiyindən 2023-cü ildə həmin ərazi də qazlaşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  kəndin məhəlləsi ildir qazsızdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ