Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 21:38
"Almatıdakı iğtişaşların iştirakçıları hərbçiləri döyüb və ələ salıblar".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu xalqa ikinci müraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Etirazçılar izdihamı hərbçiləri döyür, məsxərəyə qoyur, onları küçədə lüt gəzdirib, qadınları təhqir edir, mağazaları qarət edirlər. Vəziyyət Almatı şəhərinin bütün sakinlərinin təhlükəsizliyini təhdid edir", - deyə Tokayev qeyd edib.
Onun sözlərinə görə, polislər arasında ölənlər və yaralananlar var. Eyni zamanda, Tokayev hərbçilərə və hüquq-mühafizə orqanlarına təşəkkür edib.
"Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm", - prezident deyib.
O, hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb.