Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Floridada son iki həftədə koronavirusa yoluxanların sayı təqribən 1000 faiz artıb

Floridada son iki həftədə koronavirusa yoluxanların sayı təqribən 1000 faiz artıb

Tarix: 5 Yanvar 2022 22:28

Koronavirusun yeni "omikron" ştamı səbəbindən son iki həftədə ABŞ-ın Florida ştatında COVID-19 virusuna yoluxanların sayı 948 faiz artıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, hazırda Birləşmiş Ştatlarda qeydə alınan yoluxma hallarının sürətlə artımının ən yüksək göstəricisidir. Statistikaya görə, son həftə ərzində ölkə üzrə yoluxanların 10,67 faizi ABŞ sakinlərinin 6,45 faizinin yaşadığı Floridada qeydə alınıb.

ABŞ Prezidenti Co Baydenin baş tibbi müşaviri doktor Entoni Fauçi bundan əvvəl bildirmişdi ki, "omikron" ştamının təhlükəlilik səviyyəsini xəstəxanaya yatırılanların sayının nə qədər çox olması ilə müəyyən etmək mümkündür. Beləliklə, ABŞ-da Milad və Yeni il bayramları arasında olan dövrdə COVID-19 diaqnozu ilə xəstəxanaya yatırılanların sayı 40 faizdən çox artıb. Son həftə ərzində Birləşmiş Ştatlarda bu xəstəliyə yoluxanların sayı əvvəlki həftə ilə müqayisədə 104 faiz artaraq, orta hesabla gündə 418.000 təşkil edib.

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzi "omikron" ştamına yoluxmanın yeni əlamətini açıqlayıb. Dərinin, dodaqların və dırnaqların solğun, boz və göyümtül olması qanda oksigenin səviyyəsinin aşağı olmasından xəbər verə bilər. Belə halda mümkün qədər tez xəstəxanaya müraciət olunmalıdır.

Qeyd edək ki, hazırda ABŞ əhalisinin yalnız 62 faizi peyvəndlənib.


Etiketlər:  Floridada həftədə koronavirusa yoluxanların sayı təqribən 1000 faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ