Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 13:44
Ölkəmizdə ərzaqlıq buğdaya təlabat çoxdur. Lakin yerli istehsal bu təlabatı tam olaraq ödəmir.
Hazırda Azərbaycan ərzaqlıq buğdanın çox hissəsini xaricdən, əsasən də Rusiya və Qazaxıstandan idxal edir.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, ölkəmizdə müxtəlif növ buğda sortları əkilir və həmin məhsullardan ərzaqlıq məqsədilə də istifadə etmək mümkündür.
İmran Cümşüdov deyir ki, dəmyə əkinçilyi ilə əldə edilən buğda həmişə keyfiyyətli olur. Azərbaycanın da torpaq-iqlim şəraiti buna imkan verir ki, yaxşı məhsul əldə olunsun. Hazırda elə bu istiqamətdə tədqiqat işləri aparılır, sortlar daha da yaxşılaşdırılır.
Qurum rəsmisi bildirir ki, əsasən Aran, Qərb bögəsi, o cümlədən Qarabağ zonasında topaq, iqlim göstəriciləri yüksək olduğu üçün bu ərazilərdə əkilən dənli taxıl bitkiləri daha keyfiyyətli və məhsuldar olur.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: