Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omikron, digər COVID-19 variantları və qrip: Fərqlər və oxşarlıqlar nələrdir?

Omikron, digər COVID-19 variantları və qrip: Fərqlər və oxşarlıqlar nələrdir?

Tarix: 6 Yanvar 2022 23:36

Qrip mövsümünün gəlişi ilə insanlar "koronavirusa yoluxdum, yoxsa qrip oldum?" sualını özlərinə tez-tez verirlər.

Bəs qrip və Omikron variantı arasında hansı fərqlər var? Koronavirusun digər variantları ilə oxşarlıqları hansı əlamətlərdir?

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, bronxlarda və ağciyər toxumasında Omikron variantının irəliləməsini araşdıran elm adamları bu xəstəliyin yüngül keçdiyini bildiriblər. Qeyd eilir ki, koronavirusun əsas əlamətləri arasında öskürək, yüksək hərarət, dad və qoxu hisslərinin itməsi halları sıx rast gəlinir.

Bel ağrısı və boğazda qaşınma

Ekspertlər onu da izah etdilər ki, Omikron variantında ən çox görülən simptomlar bel ağrısı və boğazda qaşınmadır. Bu iki əlamətin soyuqdəymə ilə birgə baş verə biləcəyini dilə gətirən mütəxəssislər, bu şikayətləri yaşayanlara müayinə olunmaları üçün xəbərdarlıq edir.

Omikron variantında ən çox rast gəlinən əlamətin boğazda qaşınma olduğunu qeyd edən mütəxəssislər bunun ardınca burun tutulması, quru öskürək və bel ağrılarının gəldiyini bildiriblər.

Bundan başqa, Omikron simptomlarından birinin də gecə tərləmələri olduğu ifadə edilib.

Omikron və Delta mutasiyalarının birləşməsindən ibarət olan "Delmikron" variantının narahatlıq doğurduğuna işarə edən səhiyyə rəsmiləri kollektiv fəaliyyətləri idarə edə bilməsək "Delmikron"un 2022-ci ildə kabusa çevrilə biləcəyini xəbərdarlıq ediblər.

Yorğunluq, bədən ağrıları, baş ağrısı asqırma, gecə tərləmələri, dadbilmə və qoxubilmə itkisi, yüksək hərarət.

Burun axması, boğaz ağrısı, baş ağrısı, yorğunluq, quru öskürək, əzələ ağrıları, 3-5 gün davam edən qızdırma.

Qoxu və dadbilmə itkisi, yanğı, öskürək, zəiflik, oynaq ağrıları, boğaz ağrısı, baş ağrısı, ishal, əllərin və ayaq barmaqlarının dəri döküntüsü və ya rəngsizləşməsi, gözlərdə qızartı və ya qıcıqlanma.


Etiketlər:  Omikron digər COVID variantları qrip Fərqlər oxşarlıqlar nələrdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ