Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 12:55
"Xatirə İslamın verilişlərdən qonorar istəməsinə normal baxıram. Mən çox mediatik insanam, efirə çıxmaya da bilərəm. Bir status yazsam, ya da hansısa paylaşıma rəy əlavə etsəm, xəbər olur. Efirə gəlib-gəlməməyimin mənə xeyri, ya da ziyanı yoxdur. Ona görə proqramlarda nadir hallarda qonaq oluram".
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, bu sözləri "Özəl Tube" verilişində müğənni Nura Suri deyib. Sənətçi həmkarı Xatirə İslamın televiziyalardan qonorar tələb etməsini dəstəkləyib:
"Müğənnilərə qonorar ödənilsə, bazar olmasa, istəyən pul verib çıxmasa, o veriliş "partlayar". Çünki bir ay ərzində dörd buraxılışın varsa, bilirsən bu gün qonağın kimdir. Yaxud da çox efirə çıxmayanlardan fikirləşirsən. Məsələn, Zülfiyyə Xanbabayeva efirlərdə olmur. O, mənim üçün də maraqlıdır. Bəzi söhbətlər var ki, efirdə onunla danışılmayıb. Pul verib, onu efirə dəvət edərəm ki, baxılsın. Bilirəm ki, nə Röya , nə də Aygün Kazımova hansısa bayram konsertində olmadı.
Yəni danışılmalı söhbət, yeni layihələri, albomları varsa, niyə də pul ödəyib gətirməyəsən? Misal üçün, Tarkan telekanallara çıxmır, müsahibələr vermir. Ona görə də meqastardır. Bizdə bu mümkün deyil. Hansı müğənnini görmək istəyirsən, ödəniş edirsən, gəlir məclisində oxuyur. Sənin üçün əlçatandır. Bu, fərq etmir, istəyir Xalq artisti olsun. Təbii ki, Zeynəb Xanlarovanı demirəm, o heç vaxt toya getməyib. Lakin ondan başqa "toya getmirəm" deyən müğənnilər var ki, yüksək qonorarla razılaşıb, oxuyublar".