Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 17:10
Türkiyəli aktyor və rejissor Sermiyan Midyat məhkəməlik olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ölkənin "MGX Film" studiyası aktyorun aralarında razılaşdıqları "Hükumet adam" filmini çəkmədiyini və şirkətdən aldığı 300 min lirəni geri ödəmədiyini iddia edib.
Müqaviləyə əsasən, Sermiyan həm ssenari yazmalı, həm də ekran işində baş rolu canlandırmalı idi. Filmin ssenarisi ötən ilin 31 mart tarixində təhvil verilməli olsa da aktyordan bir xəbər almaq mümkün olmayıb.
Bundan başqa işə başlamaq və ssenari yazmaq üçün Mardinə getməli olduğunu deyən aktyorun bütün xərcləri də şirkət tərəfindən ödənildiyi iddia olunub. Studiya müqaviləni pozan Sermiyanın şirkətə vurduğu ziyanı ödəməsini tələb edir.
Qeyd edək ki, Sermiyan daha əvvəl keçmiş sevgilisi, aktrisa Sevcan Yaşara vurduğu üçün məhkəməlik olub.