Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahrez gizlincə müsəlman ənənəsi ilə evləndi - FOTO

Mahrez gizlincə müsəlman ənənəsi ilə evləndi - FOTO

Tarix: 7 Yanvar 2022 20:48

"Mançester Siti"nin hücumçusu Riyad Mahrez 23 yaşlı model Teylor Uordla gizli şəkildə evlənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mərasim ənənəvi müsəlman üslubunda keçirilib. Mənbə qeyd edir ki, sevgililər bu ölkədə nikahın qanuni sayılması üçün Böyük Britaniyada daha bir mərasim keçirmək niyyətindədirlər.

"Riyad və Teylor indi İslam qanunlarına əsasən qanuni nikahdadırlar. Onlar üçün dini ənənələrə riayət etmək vacib idi. Mərasim qısa oldu. İndi onlar ikinci toya gedirlər. Teylor və Riyad xoşbəxtdirlər və bir-birlərini çox sevirlər", - deyə mərasimin qonağı bildirib.

Cütlük 2021-ci ilin iyununda nişanlandıqlarını açıqlayıb. Riyad sevgilisinə təxminən 480 min avro dəyərində üzük hədiyyə edib.

Milli.Az


Etiketlər:  Mahrez gizlincə müsəlman ənənəsi ilə evləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ