Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Omikron ştamı koronavirusun yüngül forması deyil

ÜST: Omikron ştamı koronavirusun yüngül forması deyil

Tarix: 7 Yanvar 2022 22:20

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər ki, koronovirusun yeni ştamı olan Omikron "yüngül" kateqoriyasına aid deyil.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ekspertlərin fikrincə, Omikronun Delta ştamı ilə müqayisədə az ağır hesab edilməsinə baxmayaraq, bu heç də onun koronovirusun yüngül forması olduğu anlamına gəlmir. Digər variantlar kimi, Omikron insanları xəstəxanaya salır və öldürür. Koronovirus "sunamisi" o qədər böyük və sürətlidir ki, dünya üzrə bütün səhiyyə sistemlərinə mənfi təsir göstərir.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının bu gün saat 17:00 radələrinə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 301 milyon nəfəri ötüb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 492 min nəfərə, sağalanların sayı isə 257 milyon 712 min nəfərə çatıb.


Etiketlər:  ÜST Omikron ştamı koronavirusun yüngül forması deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ