Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaşxaş nə ilə faydalıdır?

Xaşxaş nə ilə faydalıdır?

Tarix: 8 Yanvar 2022 08:12

Bir çox insanlarda xaşxaş yalnız narkotiklərlə assosiasiya edilir. Lakin bu bitkinin dəymiş toxumları orqanizmə heç bir narkotik təsir etmir.

Əksinə onlar çox faydalıdır.

Xaşxaş bütün dünyada kulinariyada geniş istifadə olunur. Xoş dadından əlavə xaşxaşın çox qiymətli müalicəvi xüsusiyyətləri də var. Xaşxaş antioksidantlar, flavonoidlər, antosianlar, orqanik turşular, vitaminlər  və minerallarla zəngindir.

Xaşxaş qədim zamanlardan xalq təbabətində bir çox pozulmaların müalicəsində istifadə olunur. Təbiblər üyüdülmüş xaşxaşı südə əlavə edib öskürəyi sağaldırdı, balla qarışdırıb bağırsaqları qurdlardan təmizləyirdi, suda dəmləyib yuxusuzluq və ağrılardan azad edirdi.

Saglamolun.az sizi bu möcüzəvi bitkinin faydaları ilə tanış edir.

- Xaşxaş çox yaxşı sakitləşdirir, yuxunu tənzimləyir.

- İltihabları azaldır.

- Nəfəs yollarını təmizləyir.

- Qurd əleyhinə təsirə malikdir.

- Ağrıları azaldır.

- Orqanizmə xərçəng əleyhinə təsir göstərir.

- İmmun sistemini möhkəmləndirir.

- Təzyiqi tənzimləyir.

- Damarların sağlamlığını qoruyur.

Xaşxaş toxumlarını şirniyyatlara, salatlara, ət yeməklərinə əlavə etmək yaxşıdır.

Nəzərə almaq lazımdır ki, xaşxaşı çoxlu miqdarda yemək olmaz.    

Milli.Az


Etiketlər:  Xaşxaş ilə faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ