Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2022 15:00
Balqabaq hüceyrələri yeniləyən fermentlər və alfa hidroksi turşuları ilə zəngindir. Tərkibində antioksidanlar, A və C vitamini olan balqabaq dərini yumşaldır və parlaqlığını artırır.
Sonxeber.net Axşam.az-a istinadən balqabaq və almadan hazırlanan üz maskasını təqdim edir.
Tərkibi:
1/2 yaşıl alma
1/4 stəkan balqabaq pürəsi
1 xörək qaşığı bal
1-2 yemək qaşığı süd
bir çimdik darçın
Maskanı hazırlamaq üçün almanın qabığını soyun və balqabaqla birlikdə mikserlə pürə halına gətirin. İçinə bal, süd və darçın əlavə edin. Üzünüzə və boynunuza çəkin. Maskanın gözlərinizə təmas etməməsinə diqqət yetirin. 15 dəqiqə saxladıqdan sonra yuyun.