Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillər toqquşdu - 4 nəfər diri-diri yandı

Avtomobillər toqquşdu - 4 nəfər diri-diri yandı

Tarix: 2 Sentyabr 2019 11:30

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan rayonunun Sib və Suran rayonunda qanunsuz yanacaq daşıyan pikap avtomobili başqa bir pikap avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin Sib və Suran rayonunun hüquq-mühafizə orqanın polis rəisi Qulamrza Təvəkküli deyib.

Q.Təvəkkülinin sözlərinə görə, hadisə nəticəsində hər iki avtomobil yanıb.

Polis rəisi hadisədə 4 nəfərin yanaraq həlak olduğunu deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avtomobillər toqquşdu nəfər diri diri yandı


RƏYLƏR