Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2022 18:56
Hövsan qəsəbəsinin ''Zeytun Bağları'' massivində yaşayan bir qrup sakin mavi yanacağın yoxluğundan əziyyət çəkir. Deyirlər ki, 10 ilə yaxındır ki, sözügedən ərazidə məskunlaşıblar amma qazla təmin olunmayıblar. Bu isə onların işini xeyli çətinləşdirir. Evlərini ya elektrik sobaları ilə, ya da odunla qızdırırlar. Bu isə maddi baxımdan sərfəli deyil. Məsələyə ''Azəriqaz'' İstehsal Birliyi aydınlıq gətirib. Ərazi nə zaman qazlaşdırılacaq?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, qışın sümük sızladan soyuqlarının hələ daha iki ay çəkəcəyini düşünəndə daha da üşüyən Hövsan sakinlərinin sözlərinə görə mavi yanacağın yoxluğundan çox əziyyət çəkirlər. Deyirlər ki, qazsızlıqla təkcə soyuğu dərindən hiss etmirlər, həm də necə deyərlər cibləri yanır. Evləri isitmək və yemək bişirmək üçün elektrik sobalarından, odundan istifadə edirlər ki, bu da aylıq xərclərin yüksək olmasına səbəb olur..Sakinlərin iddiasına görə belə vəziyyət illərdir ki, davam edir.
Qəsəbənin ''Zeytun bağları'' adlanan yaşayış massivində qazsız qalan təqribən 12 evin bu problemi ilə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirildi ki, məsələ öz həllini tapacaq. Amma bunun üçün bir az da səbr etmək lazımdır.
Sakinlər evlərinə qaz çəkiləcəyi haqda vədi bir də efir vasitəsi ilə eşitmiş oldular. İndi qalır bu şad xəbərin reallaşacağı günü gözləmək.