Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı sakinini bıçaqlayaraq öldürən 3 nəfər saxlanılıb

Bakı sakinini bıçaqlayaraq öldürən 3 nəfər saxlanılıb

Tarix: 2 Sentyabr 2019 11:36

Bakı. Trend:

Bakı sakinini bıçaqlayaraq öldürən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı sakinini bıçaqlayaraq öldürən nəfər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ