Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu PSJ-yə keçə bilər

Ronaldu PSJ-yə keçə bilər

Tarix: 11 Yanvar 2022 17:54

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını Fransada davam etdirə bilər.

Sonxeber.net report-a istinadən xəbər verir ki, PSJ portuqaliyalı hücumçu ilə yaxından maraqlanır. Yayda Kilian Mbappenin İspaniya "Real Madrid"inə keçə biləcəyini nəzərə alan paytaxt klubu onun boşluğunu məhz 37 yaşlı forvardla doldurmaq niyyətindədir.

Təcrübəli oyunçu "qırmızı şeytanlar"la vidalaşmağa qərar versə, PSJ onunla danışıqlara başlayacaq.

Daha əvvəl Mançester təmsilçisindəki vəziyyətindən narazı qalan Ronaldunun agenti Jorje Mendeşə müraciət edərək ona yeni klub tapmasını istədiyii bildirilib. Futbolçu deyib ki, durum müsbətə doğru dəyişməsə, komandanı tərk edəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm "Mançester Yunayted"in heyətində Premyer Liqada meydana çıxdığı 16 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Ronaldu keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ