Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq

Yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq

Tarix: 12 Yanvar 2022 17:06

Hazırda Ailə İnstitutu formalaşdırılma mərhələsindədir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Nərgiz Hacıyeva deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq.

"Hazırda bu istiqamətdə işlər aparılır. Nəticələr barədə ətraflı məlumat veriləcək. Ailə həkimi rezidenturası təcrübəsi Avropada var. Bizdə də olandan sonra rezidenturanı bitirənlər ailə həkimi kimi fəaliyyət göstərəcəklər. Digər bir tərəfdən, məsələn, Estoniyada ailə həkimləri 24 saat fəaliyyət göstərir. Bu da xroniki xəstəliyi olan şəxslərlə əlaqədardır. Bizdə də yaxın gələcəkdə 24 saatlıq fəaliyyət rejimi tətbiq olunacaq", - deyə o bildirib.


Etiketlər:  Yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ