Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşu ölkədə 53 at güllələnib

Qonşu ölkədə 53 at güllələnib

Tarix: 12 Yanvar 2022 18:08

Altay diyarı polisi Petropavlovsk vilayətində naməlum şəxslər tərəfindən güllələnmiş 53 atın ölümü ilə bağlı cinayət işi açıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Altay diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"At ilxısının güllələnməsilə bağlı ixtisaslaşdırılmış istintaq-əməliyyat qrupunun yaradılması barədə göstəriş verilib. Hazırda polis əməkdaşları hadisənin bütün təfərrüatlarının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Zəruri ekspertiza və araşdırmalar aparılır", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsi (başqalarının əmlakını qəsdən məhv etmək və ya zədələmək) üzrə aparılır.


Etiketlər:  Qonşu ölkədə güllələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ