Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fənərbağça" Yoahim Lövlə anlaşıb

Tarix: 13 Yanvar 2022 08:54

Türkiyə "Fənərbağça"sının yeni baş məşqçisi bəlli olub.

Milli.Az "Report"a istinadən bildirir ki,  İstanbul təmsilçisi Yoahim Lövlə anlaşıb.

Klub prezienti Ali Koçla şəxsən görüşən almaniyalı mütəxəsis təklifi qəbul edib. "Sarı-lacivərdlilər" sabiq baş məşqçisinə illik 5 milyon avro məvacib ödəyəcək. Löv 2022/2023 mövsümündən Superliqa təmsilçisinə başçılıq edəcək.

Qeyd edək ki, Yoahim Löv 1998 - 1999-cu illərdə də "Fənərbağça"nın sükanı arxasında olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisinə 2014-cü ildə dünya çempionluğunu qazandırıb. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Onu mövsümün sonunadək İsmayıl Kartal əvəzləyib.

Milli.Az


Etiketlər:  Fənərbağça Yoahim Lövlə anlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ