Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 09:00
BMT Əfqanıstana yardım çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciət edib. Sənəddə deyilir ki, yardım olmayacağı təqdirdə Əfqanıstan tarixinin ən ağır böhranı ilə üz-üzə qalacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib ki, Əfqanıstanda humanitar fəlakətin qarşısını almaq üçün 5 milyard dollar lazımdır. Onun sözlərinə görə, ölkənin 39 milyon sakinindən 22 milyonunun yardıma ehtiyacı var. Yığılacaq vəsait müvəqqəti yaşayış yerlərinin tikintisi, içməli su təchizatının bərpası, həmçinin xəstəliklər və səfalətlə mübarizəyə sərf ediləcək. Ekspertlər bu il Əfqanıstanın 4,7 milyon sakininin aclıqla üzləşəcəyini hesab edirlər.
ABŞ hökuməti artıq çağırışa reaksiya verib. Rəsmi Vaşinqton Əfqanıstana 300 milyon dollar vəsait ayıracağını bəyan edib. Söhbət ərzaq təminatı və səhiyyənin maliyyələşdirilməsindən gedir.