Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Torrent iki ulduz futbolçunu "Qalatasaray"a gətirir

Torrent iki ulduz futbolçunu

Tarix: 15 Yanvar 2022 17:52

"Qalatasaray"ın yeni çalışdırıcısı Domenek Torrent transfer siyahısını rəhbərliyə təqdim edib.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 59 yaşlı ispaniyalı mütəxəssis 2 futbolçunun komandaya cəlb olunmasını istəyir. Bunlar "Arsenal"dan Məhəmməd Elnini və "Çelsi"dən Ross Barklidir. 

Bildirilib ki, Ross Barklinin "cim-bom"a gəlmə ehtimalı daha böyükdür. Buna səbəb adıçəkilən yarımmüdafiəçinin "Çelsi"da daha az oynamasıdır. Elnini isə Fatih Terim dönəmində də İstanbul klubunun transfer siyahısında yer alırdı. Lakin "Arsenal"ın çalışdırıcı Mikel Arteta 29 yaşlı misirli futbolçunun komandadan ayrılmasını istəməmişdi.

Artıq rəhbərlik bu transferlər üçün hərəkətə keçib.

Milli.Az


Etiketlər:  Torrent iki ulduz futbolçunu Qalatasaraya gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ