Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 18:22
İtaliyanın "Yuventus" klubu Rusiya "Zenit"ində çıxış edən Sərdar Azmunu heyətinə qatmaq niyyətindədir.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı hücumçu üçün 5 milyon avro təklif etməyə hazırdır.
"Qoca sinyora" iranlı forvardı qış transfer dönəmində əsas hədəf hesab edir. Baş məşqçi Massimiliano Alleqri bu transferin baş tutmasını istəyir.
Azmun bu keçidə razı olsa da, klublar hələlik transfer məbləğində razılığa gələ bilmirlər.
Qeyd edək ki, Serdar Azmunun "Zenit"lə müqaviləsi yayda başa çatacaq. Forvard 2019-cu ildən Rusiya təmsilçisinin formasını geyinir.