Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqdəymə bizi koronavirusdan qoruyurmuş

Soyuqdəymə bizi koronavirusdan qoruyurmuş

Tarix: 17 Yanvar 2022 02:45

Alimlər soyuqdəymədə yaranan yüksək T-hüceyrə səviyyələri ilə koronavirus infeksiyasına yoluxma riskinin azalması arasında əlaqəni öyrənib.  

Milli.Az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər peyvənd olunmamış və əvvəllər COVID-19-a yoluxmayan 52 könüllü üzərində araşdırma aparıblar.

Yoluxmayanlarla yoluxmuş şəxsləri eyni otağa yerləşdiriblər, daha sonra onlar PCR və qan testlərindən keçiblər. İnfeksiya testlərinə əlavə olaraq, mütəxəssislər soyuqdəyməyə səbəb olan T-hüceyrələrinin səviyyələrini təhlil ediblər.

"Koronavirusa yoluxmayan 26 könüllüdə T-hüceyrələrinin səviyyəsi yoluxmuşlarınkından xeyli yüksək çıxıb. Məlum oldu ki, T-hüceyrələri COVID-19 virusunun içindəki zülallara hücum edir. Bu yolla onlar özlərini virusdan qoruyurlar", -  professor Acit Lalvani bildirib.

Qeyd edək ki, bu, London İmperial Kollecinin mütəxəssislərinin verdiyi ümidverici nəticədir. Odur ki, əldə edilən nəticələr heç də o demək deyil ki, planetin bütün sakinləri T-limfositlərin səviyyəsini yoxlamaq üçün müayinəyə qaçmalı və ya peyvənddən imtina etməlidir.

Milli.Az


Etiketlər:  Soyuqdəymə bizi koronavirusdan qoruyurmuş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ