Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 05:45
Bəzən sızanaqlar sağaldıqdan sonra belə izləri qalır. Soyuq havanın təsiri ilə bu izlər qızarır və üzdə xoş olmayan görüntü yaradır.
Sonxeber.net axşam.az-a istinadən qısa zamanda qızartıları azaldan, qıcıqlanmanı sakitləşdirən və üzdəki şişkinliyi aradan qaldırmağınıza imkan verən üsulları təqdim edir.
- Çobanyastığı çayı dərini sakitləşdirir, iltihabı aradan qaldırır. Təmiz parçanı çaya batırıb soyuq kompres edin.
- Xiyar maskası başqa bir alternativdir. Dərini sakitləşdirmək üçün xiyar və qatıqdan sadə maska hazırlayıb üzünüzə çəkin. Bununla da cilddəki qızartı aradan qalxacaq.
- Acılı qidalarla yanaşı, həssas dərilər üçün qıcıqlandırıcı və quruma təsiri bəxş edən nanədən, tərkibində paraben, sulfat, spirt olan məhsullardan çəkinin.
- Nəmləndirici istifadə edərkən tərkibində gül yağı, aloe və yulaf kimi sakitləşdirici xüsusiyyətlərə malik təbii məhsulların olmasına diqqət yetirin.