Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anama qulaq asmadım, Allah bəlamı verdi''

''Anama qulaq asmadım, Allah bəlamı verdi''

Tarix: 17 Yanvar 2022 18:50

Türkiyəli müğənni Sərdar Ortaç bütün borclarını ödədiyini açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə sonuncu konsertindən əvvəl müxbirlərin suallarını cavablandırarkən deyib.

"2022-ci ilə çox yaxşı başladım, bütün borclarımı ödədim. Sanki həyatıma yenidən başlayıram. "Borc igidin qamçısıdır" deyirlərmiş, böyük qamçı yedim, amma hər şey bitdi. İndi səhnəyə təmiz pambıq kimi çıxacağam. Bundan sonra qazandığım hər şeyi tək başıma yeməyəcəyəm, hər qəpiyi dostlarıma paylayacağam".

O, uğursuz münasibətlərindən söhbət açaraq anasına vaxtında qulaq asmadığı üçün peşman olduğunu dilə gətirib:

"Anam "sarışından xeyir gəlməz" deyirdi. Həyat yoldaşım da, sevgilim də sarışın oldu. Anama qulaq asmadım, Allah bəlamı verdi".

Qeyd edək ki, Sərdar keçmiş həyat yoldaşı, model Xloe Luqnandan boşandıqdan sonra böyük miqdarda təzminat ödəməli olub. Daha sonra Seçil Gürlə sevgili olsa da, bu uzun sürməyib.


Etiketlər:  Anama qulaq asmadım Allah bəlamı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ