Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eminin Maldiv istirahətindən görüntülər - FOTO

Eminin Maldiv istirahətindən görüntülər - FOTO

Tarix: 17 Yanvar 2022 19:45

Azərbaycanın Xalq artisti Emin Ağalarov keçmiş xanımı Alyona Qavrilova və qızı Afina ilə istirahətə yollanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi hazırda Maldiv adalarında tətil edir. 

O, lentə aldığı görüntüləri instaqramda izləyiciləri ilə bölüşüb. Eminin paylaşımlarında əsasən qızı Afina yer alır. 

Qeyd edək ki, 2021-ci ilin dekabrında EMİN yeni "31.12" klipinin qəhrəmanı olan Alena Qavrilova ilə yenidən bir araya gəldiyini rəsmən elan etdi.

Onlar qızlarının üzünü ilk dəfə sözügedən klipdə ictimaiyyətə təqdim etdi. 

Milli.Az


Etiketlər:  Eminin Maldiv istirahətindən görüntülər FOTO


RƏYLƏR