Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Expressbank”ın İdarə Heyətində dəyişiklik

“Expressbank”ın İdarə Heyətində dəyişiklik

Tarix: 2 Sentyabr 2019 20:39

Bakı. Trend:

“Expressbank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

“Expressbank”dan Trend-ə verilən məlumata görə, bankın İdarə Heyətinin sədri İlham Həbibullayev öz istəyi ilə vəzifəsindən ayrılmışdır. “Expressbank”ın Müşahidə Şurasının qərarına əsasən Bankın İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyəti sədrinin müavini Mehman Məmmədova həvalə olunub.

Mehman Məmmədov Azərbaycan İnşaat Mühəndisləri Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 24 illik bank təcrübəsi olan Mehman Məmmədov 2012-ci ildən “Expressbank”da Kredit departamentinin direktoru vəzifəsində işləyib. 2017-ci ildən İdarə Heyətinin üzvü, 2018-ci ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fitch Rating beynəlxalq reytinq agentliyi “Expressbank”ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Pərakəndə və biznes bankçılıq sahəsində geniş məhsul çeşidi və xidmətlər göstərən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Expressbankın İdarə Heyətində dəyişiklik


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ