Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vilayət Eyvazovdan YENİ RƏİS təyinatı

Vilayət Eyvazovdan YENİ RƏİS təyinatı

Tarix: 18 Yanvar 2022 09:20

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Milli.Az


Etiketlər:  Vilayət Eyvazovdan YENİ RƏİS təyinatı


RƏYLƏR