Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evdə tək qalan qadın qapını açanda dəhşət yaşadı - Anbaan VİDEO

Evdə tək qalan qadın qapını açanda dəhşət yaşadı - Anbaan VİDEO

Tarix: 19 Yanvar 2022 18:30

Türkiyənin Kocaeli şəhərində psixoloji problemləri olan kişi tanımadığı mənzilin qapısını döyüb və qapı açılar-açılmaz mənzilə soxulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə binanın dəhlizində olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Tanımadığı adamın mənzilə soxulmasını görən qadın qışqırmağa başlayıb və nəticədə kişi mənzili tərk edib.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Əqli qüsurlu olan şəxs saxlanılıb. Ev sahibi də polis idarəsinə dəvət edilib. Lakin qadın baş verən hadisədən şikayətçi olmaq istəmədiyini bildirib.

Milli.Az


Etiketlər:  Evdə tək qalan qadın qapını açanda dəhşət yaşadı Anbaan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ