Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdeal səhər içkisi təyin olunub. Çay və qəhvə deyil!

İdeal səhər içkisi təyin olunub. Çay və qəhvə deyil!

Tarix: 20 Yanvar 2022 08:54

Səhər içdiyimiz çay və qəhvə orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir.

Lakin alimlərin fikrinə görə, ideal səhər içkisi nə qara çay, nə də qəhvədir. Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin fikrinə görə bu zəncəfilli çaydır.

Zəncəfilli çay təbii energetik içki hesab etmək olar. Onun orqanizmə olan tonuslaşdırıcı təsiri qara çay və qəhvədən daha uzunmüddətlidir.

Həmçinin zəncəfilli çay qan dövranını və mübadilə proseslərini sürətləndirir, immun sistemini gücləndirir, orqanizmə iltihab və mikrob əleyhinə təsir edir.

Digər faydalı səhər içkisi kasnıdan hazırlanan və dadı qəhvəyə bənzəyən içkidir. Lakin qəhvədən fərqli olaraq onun tərkibində kofein yoxdur. B qrupu vitaminləri ilə zəngin olan kasnı sinir sistemini möhkəmləndirir.

3-cü yerdə bal və limon əlavə olunmuş adi ilıq sudur. 


Etiketlər:  İdeal səhər içkisi təyin olunub Çay qəhvə deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ