Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da məktəb avtobusu atəşə tutulub

ABŞ-da məktəb avtobusu atəşə tutulub

Tarix: 20 Yanvar 2022 16:46

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində naməlum silahlı şəxslər məktəb avtobusunu atəşə tutub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, insident nəticəsində 15 yaşlı şagird ölüb.

Qeyd olunur ki, avtobusda yalnız şagird və sürücü olub.

Məktəbli avtobusa qalxarkən güllə yarası alıb və daha sonra xəstəxanada həyatını itirib.

Hazırda polis cinayəti törətməkdə şübhəli bildiyi iki şəxsi axtarır.

Milli.Az


Etiketlər:  ABŞ da məktəb avtobusu atəşə tutulub


RƏYLƏR