Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 10:00
Bakı. Trend:
Ermənistanda iş axtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunur ki, bu ilin birinci rübündə ölkədə 2 065 600 nəfər əmək ehtiyatı qismində təqdim olunub. Onlardan 1 115 900 nəfəri qadın, 949 700 nəfəri kişidir.
2018-ci ilin birinci rübündə Ermənistanda 2 034 500 nəfər əmək ehtiyatı qismində qeydə alınmışdı.
Eyni zamanda, bu il ərzində Ermənistanda 253 600 işsiz qeydiyyata alınıb, ötən il bu rəqəm 237 600 nəfərə bərabər idi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin