Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Valeri Pekressin səfəri əvvəlcədən hazırlanmışdı - Rusiya sülhməramlılarının "razılığı" ilə

Valeri Pekressin səfəri əvvəlcədən hazırlanmışdı - Rusiya sülhməramlılarının

Tarix: 22 Yanvar 2022 10:54

"Fransada Respublika Partiyasından prezidentliyə namizəd Valeri Pekres ötən ilin dekabr ayının sonunda partiya yoldaşları Bruno Retayo və Mişel Barnyenin müşayiəti ilə Ermənistana yollandı, oradan da qanunsuz olaraq Qarabağa keçdi. Bu isə Azərbaycanda narazılığa səbəb oldu".

Pekresin dediyinə görə, o, ermənilərə və hərbi xristianlara dəstək verməyə çalışıb. Lakin beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir. Qarabağlı ermənilərin "dövlət müstəqilliyi"ni isə kimsə, hətta Ermənistanın özü belə, tanımayıb.

Milli.Az bildirir ki, Jan-Dominik Merşenin Fransanın "l'Opinion" nəşrində dərc olunmuş məqaləsində belə deyilir.

Yazıda vurğulanır ki, Pekress Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etmiş ilk fransız siyasətçi və ya məmur deyil. Məsələn, 2020-ci ilimn dekabrında Fransa Sosialist Partiyasının baş katibi Olivye For qanunsuz səfər etmişdi. "İrəli, Respublika!" partiyasının üzvü, Avropa Parlamentinin deputatı Natali Luazo isə 201-ci ilin iyulunda Qarabağda olmuşdu. Bu şəxslərdən fərqli olaraq, Erik Zemmur Ermənistanda qalmağa üstünlük vermişdi.

"Valeri Pekress və onun komandasının üzvləri Azərbaycan hökuməti üçün qanunsuz səfərdir, bu səbəbdən də qınanılıb. Yanvarın 12-də yerli telekanallara verdiyi müsahibəsində İlham Əliyev bəyan edib: "Əgər Valeri Pekressin son qanunsuz səfərindən xəbər tutsaydıq, birmənalı olaraq onu geri buraxmazdıq"", - müəllif yazıb.

Merşe bildirir ki, situasiyadan seçkiqabağı kampaniya üçün istifadə etmək qərarına gələn Respublika Partiyası dərhal Fransa hökumətinə hücuma keçib. Valeri Pekress isə Fransanın rəsmi reaksiyasının yoxluğunu "qalmaqal" adlandırıb:

"Respublika Partiyasının üzvü Erik Siotti Fransa Milli Məclisində bəyan edib ki, xarici işlər naziri "ifrat sükuta dalıb". Xarici işlər naziri, baş nazir və prezident isə sən demə, İl de Frans bölgəsinin rəhbərini "sərt hücumlar" qarşısında qoyublar. Fransanın XİN başçısı Jan-İv Le Drian "Fransanın Ermənistanla həmrəy olduğunu" təsdişləyib, amma dərhal əlavə edib: "Bu səfərlə bağlı ölkə rəhbərlyinə heç bir məlumat verilməməsinə təəssüflənirəm". Belə xəbərlarlıq normadır və heç artıq deyil. Le Drian daha sonra deyib ki, başqaları belə səfərlərdən əvvəl Fransanın hakimiyyət dairələri ilə əlaqə saxlayırlar. Pekress bunu etməyib və onun davranışı yolverilməzdir".

Məqalədə habelə beynəlxalq qanunlardan bəhs edilir, çünki V.Pekressin qanunsuz səfəri Fransa üçün bir sıra problemlər yaradıb.

"Əvvəla, Fransa diplomatiyasınınr bağlı olduğu beynəlxalq hüquqna riayət önəmli məsələdir, çünki Fransa Qarabağ üzərində Ermənistanın suverenliyini tanımır. Bu səbəbdən də Fransada prezidentliyə namizədin həmin bölgəyə səfəri neytral deyil. İkincisi, fransız deputatlar Krıma və ya Qolan təpələrinə gedəndə analoji problemlər yaranır. İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlubiyyətindən sonra bölgəyə Rusiyanın sülhməramlı qüvvələri yeridlib. Təqribən 3 min kvadrat kilometrlik ərazidə 2 min rusiyalı hərbçi yerli ermənilərin təhlükəsizliyini təmin edirlər. Rusiyalı sülhməramlılar Ermənistanla Xankəndi arasındakı yola, Laçın dəhlizinə də nəzarət edirlər. Valeri Pekress bu yolla Qarabağa gedib. Belə çıxır ki, rusiyalı sülhməramlılar ona "yaşıl işıq" yandırıblar?" - müəllif yazıb.

Fransalı senator Bruno Retayo isə "l'Opinion"a bildirib ki, V.Pekressin səfəri əvvəlcə planlaşdırılıb: "Əks təqdirdə Rusiyanın qorduğu blok-postlardan onların heç bir ciddi yoxlama olmadan keçməsini necə qiymətləndirmək olar?! Rusiyalıların nəzarpəti zəiflədilmişdi. Halbuki sülohməramlılar digər fransızların, həkimlərin və jurnalistlərin qarşısını kəsirlər".

Yazıda vurğulanır ki, xarici ölkə vətəndaşları Qarabağa getmək istəyirlərsə, bunu Azərbaycan qanunvericiliyinə müvafiq qaydada etməlidirlər.

"Valeri Pekress və komandası üçün bunlar siyasi oyuna çevrilib. Məsələn, Erik Siotti parlamentdə deyib ki, onların namizədi səfərlərlə bağlı Makrondan icazə istəməyəcək", - müəllif yazıb.

Milli.Az


Etiketlər:  Valeri Pekressin səfəri əvvəlcədən hazırlanmışdı Rusiya sülhməramlılarının razılığı ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ