Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

17 yaşlı erməni Xankəndindən İrəvana aparıldı - Rusiyanın helikopteri ilə - FOTO

17 yaşlı erməni Xankəndindən İrəvana aparıldı - Rusiyanın helikopteri ilə - FOTO

Tarix: 22 Yanvar 2022 11:30

Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə razılaşdırılmaqla, Qarabağda nəzarət etdikləri ərazidən 17 yaşlı erməni sakinini Ermənistana təxliyyə ediblər.

Milli.Az bildirir ki, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin hərbi təyyarəçiləri və pilotları Mi-8AMTŞ helikopteri ilə əməliyyatı reallaşdırıblar. 17 yaşlı erməni Xankəndindəki uşaq xəstəxanasının reanimasiya bölməsində iidi.

17 yaşlı erməni müxtəlif ağırlıqlı çoxsaylı travmalar almışdı. Onun valideynləri pasiyenti İrəvana aviasiya ilə aparmaq üçün rusiyalı sülhməramlılara müraciət etmişdilər.

Milli.Az


Etiketlər:  17 yaşlı erməni Xankəndindən İrəvana aparıldı Rusiyanın helikopteri ilə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ