Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evi qarət olduğu üçün oyunu buraxacaq

Evi qarət olduğu üçün oyunu buraxacaq

Tarix: 22 Yanvar 2022 17:56

İngiltərə Premyer Liqasının XXIII turunda "Vest Hem"lə qarşılaşacaq "Mançester Yunayted" itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Viktor Lindelöf londonlularla görüşü buraxmalı olacaq.

Bunu komandanın baş məşqçisi Ralf Ranqnik açıqlayıb. 28 yaşlı arxa xətt oyunçusunun matçı buraxması heç də zədə və ya cəza ilə bağlı deyil. Məsələ burasındadır ki, ötən turda "Brentford"la (3:1) keçirilən görüş zamanı İsveç millisinin üzvünün evi qarət olunub. Futbolçu ailəsinin yanında olmaq üçün baş məşqçidən icazə alıb.

Qeyd edək ki, "Mançester Yunayted" - "Vest Hem" oyunu sabah keçiriləcək.

Milli.Az


Etiketlər:  Evi qarət olduğu üçün oyunu buraxacaq


RƏYLƏR