Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 22:06
Son günlər istər kişilər, istər qadınlar arasında yorğunluqdan, gücsüzlükdən şikayətlənir.
Sonxeber.net medicina.az-a istinadən yorğunluğun 7 əsas səbəbini təqdim edir.
1. Depressiya, apatiya, əhval-ruhiyyənin olmaması, stress
Depressiya psixi problemdir, insan qəm-qüssəli olur, həyata marağı azalır. Emosional problemlər insanı ruhən yorur, enerjini azaldır. Yuxu pozulur, ya da insan gündüzlər yatır.
2. Yuxusuzluq
Yorğunluğun ən birinci səbəbidir. ABŞ-da hər hər 3-4 nəfərdən biri sutkalıq 8 saat yuxudan çox az yuxu alır. Bu da tez yorulmaya, həyat, iş keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Beyin yuxuda dincəlir, normal yuxu kəsilmədən, davamlı olmalıdır. İnsan hər axşam eyni saatda yatağa girməlidir.
3. Hipotireoz
Qalxanvari vəzin hormonal çatışmazlığıdır. Bu hormonlar orqanizmin enerji mübadiləsinə təsir edir. Xüsusən qadınlarda qalxanvari vəz normal işləməyəndə, daim yorğunluq hiss edirlər. Bu zaman qəbizlik olur, əzələ və oynaqlarda ağrılar, çəki artımı, depressiya və s. də olur.
4. Şəkərli diabet
İnsulin dirənçi, qanda insulin və qlükozanın artması nəticəsində hüceyrələrin qidalanması pozulur. İnsan daim yorğun, enerjisiz olur. Çəkidə azalma, iştahsızlıq, tez-tez sidiyə getmə, susama da əlavə olunur.
5. Narahat ayaqlar sindromu
Ayaqların dərisində qarışqa gəzməsi, yanma hissi, yatanda ağrılar, daim ayaqları narahat şəkildə hərəkət etdirmək, ağrılar müşahidə olunur. Buna görə insan rahat yata bilmir, səhər yorğun oyanır. Bu zaman nevroloq müayinəsi, qanda hemoqlobin və dəmir analizi vacibdir.
6. Qanazlığı, dəmir defisiti
• Ən sadə səbəbdir. Qanda eritrositlər və hemoqlobin düşür, oksigen aclığı yaşanır. Hüceyrələr, beyin tez yorulur, əlavə işlərə güc qalmır. Dietalar, çox işləmək, B9, B 12 defisitindən qanazlığı yaranır.
• 7. Hepatitlər
Qaraciyər xəstəliklərində, istənilən hepatit növündə toksinlərin çıxarılması, qanın qatılaşması prosesi, metobolizm pozulur. Öd ifrazı azalır. Bu zaman orqanizm toksinləşir, yorulur, iştah azalır, dəri saralır, bədəndə ağrılar olur.
Əgər bu əlamətlər sizdə varsa, o zaman yorğunluğunuzun səbəbi aydındır. İstənilən halda siz terapevt, endikrinoloq və nevroloqa, daha sonra psixiatra müayinəyə getməlisiz.