Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qalatasaray” - ''Trabzonspor'' oyununda 3 qol vuruldu

“Qalatasaray” - ''Trabzonspor'' oyununda 3 qol vuruldu

Tarix: 23 Yanvar 2022 22:12

Türkiyə Super Liqasının XXIII turunda "Qalatasaray"la "Trabzonspor" qarşılaşıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, uğursuz mövsüm keçirən İstanbul klubu çempionatın liderini öz meydanında qəbul edib.

31-ci dəqiqədə Çiçaldaunun vurduğu penalti "Qalatasaray"a üstünlük qazandırıb. Lakin istanbullular bu üstünlüyü qoruya bilməyib.

Çempionatın lideri nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə qazanıb. Anastasios Bakasetas 84-cü, Edin Viskanın 90-cı dəqiqədə vurduğu qollar "Trabzonspor"a üç xal qazandırıb.

Bu qələbədən sonra xal hesabını 54-ə yüksəldən "Trabzonspor" çempionatın lideridir. Aktivində 27 xal olan istanbullular 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, trabzonluların ən yaxın izləyicisi "Konyaspor" bir oyun az keçirib və 9 xal geridədir.


Etiketlər:  Qalatasaray Trabzonspor oyununda vuruldu


RƏYLƏR