Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erkin Rəhimov: Vaxtından əvvəl doğulan uşaqlarda...

Erkin Rəhimov: Vaxtından əvvəl doğulan uşaqlarda...

Tarix: 23 Yanvar 2022 23:09

Bəzən valideynlər həkim tövsiyəsi olmadan övladlarına müxtəlif vitamin preparatları içirdirlər. Son dövrlərdə isə uşaqlara xüsusilə kalsium verilməsi dəb halını alıb. Lakin unutmaq olmaz ki, həkim yoxlanışı olmadan dərman qəbulu yolverilməzdir. Xüsusilə qan analizləri verilmədən uşağa adi vitamin preparatı belə verilməməlidir. Nəzərə almaq lazımdır ki, dərmanın faydalı olması üçün onun bədəndən sovrulması mütləqdir. Misal üçün, orqanizmdə vitamin B12 çatışmazlığı olan zaman dərman sovrulması baş verir. Bu kimi halları da nəzərə alaraq həkim məsləhəti almaq vacibdir.

Sonxeber.net xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov nazirliyin instaqram hesabında "Uşaqlarda qanazlığı" mövzusunda danışarkən deyib.

Həkim-mütəxəssis, həmçinin qeyd edib ki, vaxtından əvvəl doğulan və doğum çəkisi az olan uşaqlarda qanazlığına daha çox rast gəlinir: "Həmin uşaqlar ana bətnində kifayət qədər vaxt keçirmədikləri üçün onların dəmir depoları aşağı olur. Bəzən isə uşaq vaxtında doğulsa da, onda fizioloji anemiya deyilən hal müşahidə olunur. Bu, adətən, 2 aydan 6 aya qədər davam edir. Fizioloji anemiyası olan uşaqların ən çətin dövrü isə onların 4-6-cı aylarıdır. Bundan başqa, qanazlığı üçün riskli dövr yeniyetmə dövrü hesab edilir. Bunun müəyyən səbəbləri var. Bədəndə sürətli böyümə olduqda dəmir deposu yetmir".

E.Rəhimov əlavə edib ki, qan azlığı ilə bağlı həkimə müraciət edənlərin əksəriyyəti qurd xəstəliklərindən ehtiyat edirlər: "Ümumiyyətlə qan azlığına səbəb olacaq qurd sayı çox deyil. Bildiyimiz qurd növləri qan azlığına, adətən, səbəb olmur. Əgər pasiyentdə qan sovuran qurd təsdiqlənibsə, bunu müalicə etmək lazımdır. Həmin qurdlardan müalicə üsulu çətin deyil".


Etiketlər:  Erkin Rəhimov Vaxtından əvvəl doğulan uşaqlarda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ